Şeyma Subaşı söz-söhbətlərə aydınlıq gətirdi: “Formula-E”nin baş direktoru ilə eşq macərası yaşayır? – FOTO

Maraqlı


Ötən ilin sentyabrında Mərakeşdə dəbdəbəli toy mərasimi ilə evləndiyi misirli milyarder Məhəmməd Alsaloussidən boşanan türkiyəli bloqer Şeyma Subaşı barədə yeni şayiələr yayılıb.

Şeymanın “Formula-E”nin baş direktoru ilə eşq macərası yaşadığı iddia edilib. Subaşının bu yaxınlarda Dominikandan Meksikaya getdiyi və orada sevgilisi ilə vaxt keçirdiyi deyilib.

Şeyma Subaşı “Instagram” hesabında yayılan xəbərlərlə bağlı açıqlama verib və iddiaları təkzib edib.

“Xəbərlər doğru deyil. Subay olduğum üçün hər kəs ilə adımı hallandıracaqsınız, amma boşanandan bəri dörd aydır, bəlkə də artıq, heç kimin əlini belə tutmamışam, flirt etməmişəm, heç kimlə danışmıram, heç kimlə münasibətim yoxdur”, – deyə bloqer bildirib.

“Demək istədiyim odur ki, məndən əl çəkin. Heç kimdən şikayətçi deyiləm və heç bir problemim yoxdur. Haqqımda belə xəbərlərin yayılmasına lüzum yoxdur. Bəli, internet və şou-biznes dünyasının bir parçasıyam, amma dünya gündəmində daha vacib və maraqlı məsələlər var. Lütfən, bu cür xəbərlərin əvəzinə dünyada həqiqətən önəmli olan hadisələrə diqqətimizi yönəldək. Ancaq yenə də mənim haqqımda xəbər vermək istəyirsinizsə, o zaman doğru məlumatlardan istifadə edin”, – deyə Subaşı paylaşdığı videoda qeyd edib.

Mənbə: Haber Global

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir