Sonsuz kişi və qadınların sayının artmasının səbəbləri açıqlandı

Maraqlı


Dünyada sonsuz kişi və qadınların sayı getdikcə artır.

Bu barədə Moskvada (Rusiya) keçirilən XVIII Beynəlxalq Reproduktiv Təbabət Forumunda açıqlama verilib.

Bildirilir ki, dünya əhalisinin sayı artsa da, ailələrdə uşaqların sayı azalır. Belə ki, hələ 60-cı illərdə bir qadına orta hesabla 2,5 doğuş düşdüyü halda 2021-ci ildə isə cəmi 1,5 olub.

O da vurğulanıb ki, qadınlar daha gec yaşlarda doğuş etməyə başlayıblar. Bu uşaqda genetik anormallıqlar və anada isə sağlamlıq problemləri riskini artırır.

Alimlər bildiriblər ki, kişi sonsuzluğuna daha çox stress, pis vərdişlər və pis ekologiya təsir göstərir.

Mənbə: Gazeta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir