Həddindən artıq çox yemək və ya ayaqüstü istehlak vərdişi mədə xərçənginə səbəb olan zərərsiz faktorlardandır.
Bu barədə rusiyalı onkoloq və cərrah Beslan Balkarov xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, mədədə xərçəng hüceyrələrinin digər potensial səbəbi “Helicobacter pylori” bakteriyasıdır. Onkoloq qeyd edib ki, bu patogenə yoluxma ən çox yuyulmamış əllər və ya başqasının qab-qacaqlarından istifadə nəticəsində baş verir.
“Mədədəki bakteriyaların fəaliyyəti nəticəsində ilk növbədə “adi” mədə-bağırsaq xəstəliklərinə, sonra isə mədə xərçənginə səbəb olan iltihabi proseslər inkişaf edir”, – Balkarov xəbərdarlıq edib.
Həmçinin, onun sözlərinə görə, pivə, pendir, hisə verilmiş və qurudulmuş qidalarda olan azot və azot turşuları da xəstəliyə səbəb ola bilər.
“Adi tərəvəz və meyvələr belə, tərkibində çoxlu nitrat və nitrit varsa təhlükəlidir. Xüsusi kimyəvi aktivliyə malik olaraq, onlar mədə selikli qişasının hüceyrələrinin bütövlüyünü poza bilirlər, sağlam hüceyrələrin şiş hüceyrələrinə çevrilməsinə səbəb olurlar”, – deyə o vurğulayıb.
Qeyd edək ki, tərkibində çoxlu nitrat olan meyvə və tərəvəzlərə, o cümlədən göyərtilərə kahı, ispanaq, çuğundur, şüyüd, kələm, turp, yaşıl soğan, qovun, qarpız və s. aiddir. Təhlükəsiz qidalanma üçün nitratlarının ən çox bitkinin hansı hissəsində cəmləşdiyini bilmək lazımdır. Adətən bu köklər, saplaq, yarpaq damarları və qabıqdı. Göyərtilər üçün – bunlar bitkilərin saplaqları, xiyar, yunan qabağı və balqabaq üçün – meyvənin gövdəyə birləşdiyi yer, çuğundur və kartof üçün – qabığı; qarpız və qovun üçün – qabığın altındakı lət və s. Buna görə də bu məhsulların nəzəri cəhətdən təhlükəli hissələrini kəsmək lazımdır.
Mənbə: Lenta.ru
www.RIA24.az