Dubayda nikahsız hamilə qalanlar cəzalandırılır – VİDEO

Maraqlı


Baku TV-də Gülnar Muradovanın təqdimatında yayımlanan “Oralarda necədir?” rubrikasının yeni buraxılışı efirə gedib.

Bu dəfə ən hündür göydələnlərin, ən gözəl fəvvarələrin, ən böyük ticarət mərkəzlərinin olduğu, səhrada salınmış şəhərlərin ən möhtəşəmi hesab olunan Dubaydan bəhs olunub.

Bu şəhərin əhalisi dünyada yaşayış səviyyəsinə görə ən çox bəxti gətirənlərdəndir. Burada qadınlar suda dünyaya uşaq gətirə bilərlər. Böyük cakuzi qadınların ixtiyarındadır, hətta istədikləri musiqini də sifariş verə bilirlər.

Sığorta yoxdursa, doğuş prosesi 5000 dirhəmə (2314 manat) başa gəlir. Amma tibbi xidmət haqqını ödəməklə bağlı çətinlik yaranıbsa, hər şey pulsuz olacaq. Doğulan uşaqlara görə 50, 100 min dollar verilməsi məsələsi də sadəcə mif imiş.

Hər doğulan uşağa külli miqdarda pul yox, sadəcə təmiz platindən suvenir pul sikkəsi verilir.

Bütün bunlar qadının rəsmi nikahı varsa baş verir. Əks halda hamilə qadını heç bir klinika qəbul etmir. Dövlət anadan olmuş hər uşağın tibbi xərclərini, orta və hətta ali təhsil haqqını ödəyir.

Dubayda yaşayanların 90 faizi mühacirlərdir.

Amma onlar heç vaxt Əmirlik pasportu ala bilməyəcəklər. Nə onlar, nə də mühacirlərin övladları. Amma bu da mümkünsüz deyil. BƏƏ pasportu almaq üçün ya gərək Şeyxin həyatını xilas edəsən, ya bir neçə onillik hərbi xidmətdə olasan, ya da BƏƏ bayrağı altında Olimpiya Oyunlarının qalibi olasan.

Ətraflı süjetdə:

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir