Mərakeşdə ən qədim insana məxsus ayaq izləri aşkarlanıb – FOTO

Maraqlı


Fransa, Mərakeş və İspaniyadan beynəlxalq tədqiqatçılar qrupu Şimali Afrikada və Aralıq dənizinin cənubunda mövcud olan ən qədim insan izlərini Mərakeşin şimalındakı Laraş qəsəbəsində aşkar ediblər.

Axtarışa rəhbərlik edən alim Munsef Sedratinin sözlərinə görə, “Homo sapiens” (ağıllı insanlar) növünə aid olan və təxminən 100 min il əvvəl peyda olan 85 ayaq izi Laraşda qayalıq çimərlikdə tapılıb. Alimlərin fikrincə, bu izlər uşaqlar, yeniyetmələr və böyüklər olmaqla beş “Homo sapiens”ə aiddir.

İzlər əsasən okeana doğru yönəlib və tədqiqatçıların fikrincə, qədim insanların sualtı ehtiyatlarını axtardıqları zamandan qalıb.

Munsef Sedrati qeyd edib ki, Laraş tapıntısı Pleystosen (eradan əvvəl 126 000 – 11 700) dövrünün sonuna aid izlərin qorunub saxlandığı dünyada ən böyük yer hesab olunur.

Mənbə: “Maghreb Arabe Press”

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir