Türkiyənin Antalya şəhərinin Kumluca rayonunda dəvə güləşi yarışı keçirilib.
Antalya, Aydın, Denizli, Muğla və İzmirdən 132 dəvənin güləşdiyi yarış rəngarəng görüntülər ortaya çıxarıb.
Bəzən işçilər dəvələri rəqiblərindən ayırmaqda çətinlik çəkiblər. Yarışda qalib seçilməsə də, sonunda dəvə sahiblərinə kubok və hədiyyələr təqdim edilib.
Kumluca Dəvə Yetişdirənlərin Qorunması və Yaşadılması Dərnəyinin sədri Zəfər Gemici güləş yarışının yüksək səviyyədə təşkil olunduğunu və Türkiyənin məşhur güləş dəvələrinin yarışdığını bildirib.
Zəfər Gemicinin sözlərinə görə, yarışda məqsəd köçəri mədəniyyəti olan dəvə güləşini yaşatmaq və gələcək nəsillərə ötürmək olub.
Mənbə: Egegündem.com.tr
www.RIA24.az