Azərbaycanlı idmançıya UFC ulduzu ilə döyüşmək təklif olunub

Maraqlı


Qarışıq döyüş sənətləri (MMA) üzrə azərbaycanlı döyüşçü Rafael Fiziyevə UFC (Ultimate Fighting Championship beynəlxalq idman təşkilatı) ulduzu Dastin Porye ilə döyüş təklif olunub.

Bu barədə 30 yaşlı idmançı “The AllStar”a müsahibəsində bildirib.

Fiziyevin sözlərinə görə, zədə səbəbindən döyüşə çıxa bilməyib:

“Menecerim zəng edib dedi ki, UFC Porye ilə döyüşməyimi istəyir. Təəssüfləndim, çünki hazır deyildim. Bundan əvvəl mənə Londonda döyüşməyi təklif etmişdilər. Amma ertəsi gün dizimi zədələdim. Porye ilə döyüşmək istəyirəm, amma dizim hələ sağalmayıb. Nə olursa olsun, ardıcıl iki məğlubiyyətə baxmayaraq, UFC-nin hələ də mənə inandığı üçün şadam”.

Xatırladaq ki, azərbaycanlı döyüşçü sonuncu döyüşündə zədə səbəbindən döyüşü davam etdirə bilmədiyi üçün polşalı Mateuş Qamrota texniki nokautla məğlub olub.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir