Avstraliyada oyuncaq avtomatına girən üç yaşlı uşaq ətrafdakılara həyacan dolu anlar yaşadıb – FOTO/VİDEO

Maraqlı


Avstraliyada uşaq oyun avtomatına girib və özü oradan çıxa bilməyib.

Qeyd olunur ki, üç yaşlı İtan cəmi iki saniyə ərzində mükafat paylama pəncərəsindən kran-maşınının içərisinə daxil olub. Atası yaxınlıqda olsa da, bu hadisə nəzərindən qaçıb. Beləliklə, uşaq tələyə düşüb.

Baş verənlərdən xəbər tutan polis dərhal ticarət mərkəzinə gəlib və balaca “məhbusu” xilas etmək üçün plan hazırlamağa başlayıb. Onlar uşağı azad etmək üçün cihazın şüşəsini sındırmağa məcbur olublar. İtan həyəcanlanmayıb və hüquq-mühafizə orqanlarının əməkdaşlarının göstərişlərini diqqətlə dinləyərək bayıra çıxa bilib.

Kvinslend polisinin nümayəndəsi 11 illik karyerasında heç vaxt belə bir şey görmədiyini deyib. Hazırda ticarət mərkəzinin sahibi gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün “Hello Kitty” avtomatının təchizatçısı ilə danışıqlar aparır.

Mənbə: gazeta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir