Kaliforniyada 16 yaşlı qız doqquz metr hündürlükdən – kanatdan yıxılıb. Hadisə şahidi həmin an baş verənləri öz telefonu ilə qeydə alıb.
Xoşbəxtlikdən o kanatda sallandığı müddətdə işçilər yerdə fövqəladə hallar üçün nəzərdə tutulan qoruyucu örtüyü aça biliblər. Qız həmin örtüyün üzərinə düşüb. Hazırda o, xəstəxanaya yerləşdirilib.
Məlumata görə, hadisəyə səbəb yeniyetmənin ehtiyatsızlıq etməsi və oturacaqda düzgün əyləşməməsi olub. Bununla belə, kanata nəzarət edən şəxs bu məsələyə diqqət yetirmədiyi üçün məsuliyyətə cəlb olunacaq.
Mənbə: Daily Mail
www.RIA24.az