Türkiyənin “Baykar” şirkəti tərəfindən hazırlanan milli “Bayraktar TB3 SİHA” hava cihazı növbəti sınaqdan da uğurla keçib və 30 min fut yüksəkliyə qalxıb.
İlk uçuşunu 27 oktyabr 2023-cü ildə edən və orta hündürlükdə performans testlərindən uğurla keçən “Bayraktar TB3 SİHA” yüksək hündürlük sınağını da uğurla başa vurub.
Uçuş Tekirdağın Çorlu rayonundakı AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində həyata keçirilib.
“Bayraktar TB3 SİHA” yüksək hündürlük və dayanıqlılıq sınaqlarının hamısından uğurla keçib.
Qatlana bilən qanad quruluşuna malik olan cihaz “TCG Anadolu” kimi qısa uçuş-enmə zolağı olan gəmilərdən qalxıb-enmə qabiliyyətinə malik, dünyada ilk silahlı pilotsuz uçuş aparatı olacaq.
Mənbə: Hürriyet
www.RIA24.az