Simptomları anasından gizlədən britaniyalı gənc xərçəng diaqnozundan bir neçə gün sonra vəfat edib.
Məlumata görə, 21 yaşlı Cerald Qrin uzun müddət bel-kürək ağrılarından əziyyət çəkib. O, bunun səbəbini çarpayının narahatlığı ilə əlaqələndirib və bu barədə heç kimə deməyib.
Ancaq britaniyalı qəfildən qusmağa və qan öskürməyə başlayıb. Bunu görən anası gəncin etirazına baxmayaraq onu xəstəxanaya aparıb. Ceraldın ağır anemiya olduğunu aşkar edən həkimlər böyrəklərin drenasiyası üçün cərrahiyyə əməliyyatı keçiriblər.
Əməliyyat klinik ölümlə nəticələnib. Həkimlər onu həyata qaytara bilsələr də, oğlan üçün artıq hər şeyin gec olduğu müəyyən edilib. Belə ki, gəncin xərçəngin sağalmaz formasına tutlduğu aydın olub.
Bir neçə gün sonra gənc həyatla vidalaşıb.
Britaniyalının kədərdən sarsılmış yaxınları hər kəsi orqanizmlərindəki ən kiçik dəyişiklikləri belə diqqətdən kənarda qoymamağa çağırır. Bildirilir ki, Cerald narahatedici simptomları valideynlərindən gizlətməsəydi, ona kömək etmək mümkün olardı.
Mənbə: Pravda.ru
www.RIA24.az