Türkiyədə zəlzələdən sonra dağıntılar altından xilas edilən qadın 111 yaşını qeyd etdi – FOTO/VİDEO

Maraqlı


Adıyamanın Besni rayonunda (Türkiyə) keçən il baş verən zəlzələdən təxminən 5 saat sonra dağıntılar altından xilas edilən Xədicə Düzer 111 yaşını qeryd edib.

Qeyd olunur ki, Xədicə nənə yanvarın 28-də xəstələnib və yaxınları tərəfindən xəstəxanaya aparılıb. Ona pnevmoniya diaqnozu qoyulub. Bir neçə gün reanimasiyada müalicə aldıqdan sonra evə buraxılan Düzer üçün xəstəxana rəhbərliyi, həkim və tibb bacıları “Doğum günün mübarək! 111” yazılmış tort kəsiblər.

Danışmaqda çətinlik çəkən Hatice nənənin nəvəsi Neslihan Bakır AA müxbirinə nənəsinin 111 yaşının olduğunu və bu yaşa qədər bir çox çətinliklərin öhdəsindən gəldiyini bildirib. O, 1913-cü il iyulun 1-də Yavuzeli rayonunda doğulub, onun 8 övladı və 36 nəvəsi var.

Mənbə: Anadolu Ajansı

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir