Nyu-York Universitetinin robototexniklər qrupu naməlum mühitdə obyektlərin tapılması və hərəkət etdirilməsi tapşırıqlarını yerinə yetirə bilən droid OK-robot hazırlayıb.
Bu cür tapşırıqları yerinə yetirmək üçün mühəndislər vizual dil modelindən (VLM) istifadə ediblər. Bu, maşının linqvistik işarələrə əsasən müxtəlif obyektləri tanımaq, yəni verilmiş təsvirə uyğun olaraq obyektləri müəyyən etmək qabiliyyətinə əsaslanır.
Alimlər robotdan 170 tapşırığı yerinə yetirməsini istəyiblər. Sınaqların ilk mərhələsində maşının səmərəliliyi 58% təşkil edirdisə, sonradan onu 82%-ə çatdırmaq mümkün olub.
Mütəxəssizlərin fikrincə, nəticələr VLM daha mürəkkəb robotlardan istifadənin mümkünlüyünü göstərirlər.
Mənbə: arXive
www.RIA24.az