Son 10 ildə insanları qorxuya salan qasırğalara alimlər yeni kateqoriya ayırdılar – FOTO

Maraqlı


Qasırğa gücünə yeni – altıncı kateqoriya tətbiq edilə bilər. Belə bir təkliflə ABŞ-nin Lourens Berkli Milli Laboratoriyasının alimləri çıxış ediblər. Onların sözlərinə görə, qasırğalar son illərdə çox güclənib və ümumi qəbul edilmiş miqyas onları təsnif etmək üçün artıq kifayət etmir.

Qeyd edək ki, qasırğaların intensivliyini qiymətləndirmək üçün küləyin sürətinə əsaslanan “Saffir-Simpson” şkalası istifadə olunur. Birinci kateqoriya üçün bu göstərici 119 km/saat, sonuncu (beşinci) kateqoriya üçün 252 km/saat və yuxarıdır.

Hazırda fırtına üçün maksimum səviyyə beşincidir. Lakin son 10 il ərzində daha şiddətli beş fırtına olub.

Tədqiqatın müəllifləri küləyin gücü 252-309 km/saat olan qasırğaların beşinci kateqoriyaya, daha güclü küləkli qasırğaları isə altıncı kateqoriyaya daxil etmək istəyir.

Alimlər bunu qlobal istiləşmə ilə əlaqələndiriblər.

“Saffir-Simpson” qasırğa küləyi şkalasına 6-cı kateqoriya əlavə etmək qlobal istiləşmə səbəbindən böyük qasırğaların artması riski ilə əlaqəli təhlükələr barədə məlumatlılığı artıra bilər”, – deyə alimlər vurğulayıblar.

Mənbə: Kp.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir