Fermerlərin Avropada vüsət alan aksiyasına polşalılar da qoşuldu. Onlar bu gündən ümummilli tətillərə başlayıblar.
Etiraz nümayişi Bıqdoş şəhərində keçirilib. Fermerlər meydanda avropalı məmurlar üçün dar ağacları da qurublar.
Bununla bağlı sosial şəbəkələrdə kadrlar paylaşılıb. Görüntülərdə asılmış müqəvvaların üzərində Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa komissarı Yanuş Voyçexovskinin fotoşəkillərinin olduğu görünür.
Qeyd edək ki, fermerlərin tətillərinin martın 10-dək davam edəcəyi gözlənilir. Onlar Ukrayna kənd təsərrüfatı məhsullarının idxalını məhdudlaşdırmağı, həmçinin Avropa Yaşıl Sövdələşmədən imtinanı tələb edirlər.
Mənbə: 360TV
www.RIA24.az