Türkiyənin Samsun şəhərində Xalq ozanı Aşık Veysəlin humanoid robotu konsert verib.
Bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.
Bildirilib ki, robotu dünya şöhrətli türkiyəli alim, robot texnologiyaları mütəxəssisi və heykəltəraş Adil Çelik hazırlayıb.
Konsert proqramına ümumilikdə beş mahnı daxil olub.
Qeyd edək ki, robotun havanın temperaturuna uyğun tərləməsi, barmaqlarını hərəkət etdirərək saz çalması, jestləri və hərəkətləri tələbələr tərəfindən heyrətlə qarşılanıb.
Həmin görüntüləri təqdim edirik:
Mənbə: Haber Global
www.RIA24.az