Almaniyanın sabiq futbolçusu Andreas Breme 64 yaşında dünyasını dəyişib.
Bu barədə “Bild” xəbər verir.
Bildirilir ki, o, bazar ertəsindən çərşənbə axşamına keçən gecə Münhendə ürək çatışmazlığı səbəbindən vəfat edib. Sabiq futbolçu xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.
Qeyd edək ki, Breme 1990-cı ilin dünya çempionatının finalında Argentina ilə (1:0) qarşılaşmada qələbə qolunu vurmuşdu. Ümumiyyətlə, Breme karyerası ərzində iki dəfə Almaniya, bir dəfə isə İtaliya çempionu olub.
Mənbə: Bild
www.RIA24.az