“Neuralink”dən beyin çipi implantasiya edilmiş ilk insan tamamilə sağalıb. O, düşüncələri ilə kompüter siçanını idarə edə bilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə startapın həmtəsisçisi, ABŞ-li milyarder İlon Mask bildirib.
Onun sözlərinə görə, irəliləyiş yaxşı gedir.
“Pasiyentin bildiyimiz neyron təsirləri ilə tam sağaldığı görünür. Xəstə sadəcə düşünməklə siçansız kursoru ekranda hərəkət etdirə bilir”, – deyə Mask vurğulayıb.
“Neuralink” əlavə məlumat üçün şərh verməyib.
Xatırladaq ki, sentyabr ayında insanlar üzərində sınaqlar üçün təsdiq alan şirkət yanvar ayında ilk xəstəsinə uğurla çip implantasiya edib.
www.RIA24.az