PSJ “Liqa 1”in 23-cü turu çərçivəsində səfərdə “Renn”lə heç-heçə edib (1:1).
Komanda oyunda böyük çətinliklə məğlubiyyətdən xilas olub: PSJ yalnız 97-ci dəqiqədə Qonsalu Ramuşun səyi ilə penalti qazanıb və hesabı bərabərləşdirib.
Qol vurulan zaman vaxt 96 dəqiqə 12 saniyəni göstərib.
Beləliklə, bu, statistik məlumatların toplanması başlayandan (2006/2007 mövsümündən) bəri PSJ-nin “Liqa 1”dəki çıxışları tarixində ən gec vurulan qol olub. Nəzərə alsaq ki, əvvəllər hakimlərin indiki kimi matça çox vaxt əlavə etmək vərdişləri olmayıb, bunun PSJ üçün mütləq mənada ən gec vurulan qol olduğu ehtimalı 100%-ə yaxındır.
Hazırda Fransa “Liqa 1”də keçirilən 23 oyundan sonra PSJ 55 xalla çempionatın lideridir. “Renn” eyni sayda oyundan sonra 35 xalla 7-ci yerdədir.
Mənbə: Championat.com
www.RIA24.az