1960-cı ildə Türkiyə gözəli seçilən məşhur aktrisa Nebahat Çehre şəxsi həyatı ilə bağlı səmimi etiraflar edib.
79 yaşı olmasına baxmayaraq gözəlliyi ilə diqqət çəkən aktrisa plastik əməliyyat olunmadığını qeyd edib. “Plastik əməliyyatım yoxdur, botoksum var”, – deyə o bildirib.
“Aşk-ı Memnu” serialında Bihterin anası Firdevs Yöreoğlu obrazını canlandıran Nebahat Çehre illərdir tənha olduğunu da dilə gətirib.
“Heç vaxt rola görə bir kişi ilə yatağa girməmişəm. 1988-ci ildən bəri aşiq olmamışam, tənhayam”, – deyə aktrisa vurğulayıb.
Mənbə: TR Haber
www.RIA24.az