Britaniya sakini 50 dəqiqəlik ürək dayanmasına baxmayaraq sevginin gücü sayəsində həyata qayıdıb və həkimləri təəccübləndirib.
Hadisı Cənubi Yorkşir ştatında baş verib.
Məlumata görə, Barnsley şəhərindən olan 31 yaşlı Ben Uilson qəfil infarkt keçirib və ürəyi dayanıb. Onun huşunu itirməsini görən sevgilisi, 27 yaşlı Rebekka Holms dərhal təcili yardım çağırıb. Həkimlər gənci müayinə edib və ürəyinin dayandığını deyiblər. 40 dəqiqə sonra Uilsonu həyata qaytarmaq mümkün olub. Həkimlər bu müddət ərzində 11 dəfə defibrilatordan istifadə ediblər. Bununla belə, xəstəxanaya aparılarkən gəncin ürəyi yenidən dayanıb. 10 dəqiqə sonra Uilson yenidən həyata qaytarılıb. Buna görə o, xəstəxanaya aparılandan sonra süni komaya salınır.
Sevgilisi bu müddət ərzində onun yanından ayrılmayıb: Sevgi etirafları edib, mahnılar oxuyub, hətta ətirini yastığa səpib və həmçinin ondan hədiyyə olaraq aldığı yumşaq oyuncağı sevgilisinin yanına qoyub.
Qızın sözlərinə görə o, sevginin və təmasın gücünə inanıb. Beş həftə sonra onun haqlı olduğu ortaya çıxdı: Uilson oyandı. İlk sözü isə sevgilisinin adı oldu.
İndi Uilson yeriməyi yenidən öyrənir, bundan əlavə, onda nitq və yaddaş problemləri yaranıb – qarşıda uzun reabilitasiya dövrü var. Bununla belə, onlar birlikdə bütün problemlərin öhdəsindən gələcəklərinə inanırlar.
Uilson əmindir ki, onun sağ qalmasına qızın sevgisi kömək edib. Onun sözlərinə görə, Rebekka ona ikinci həyat şansı verib. Hazırda xoşbəxt cütlük toy planları qururlar.
Mənbə: Mir24.TV
www.RIA24.az