“Rembo”nun qızlarından qəribə və gülməli açıqlama: “Atamızın adını eşidən sevgilimiz…” – FOTO

Maraqlı


Hollivud ulduzu Silvester Stallonenin qızları ataları ilə münasibətlərindən danışıblar. Onların sözlərinə görə, atalarının həddindən artıq sevgisi Sofiya, Sikstina və Skarlett bacılarının gənclərlə ünsiyyət məsələlərində əməlli-başlı problem yaradır.

Qızlar bildiriblər ki, Stallone ümumiyyətlə, onları sərt qaydalarla böyüdüb, 18 yaşına qədər onların tərbiyəsi ilə ciddi məşğul olub. Belə ki, qızlara oğlanlarla görüşmək qadağan idi. Axşam saat 10-da isə “komendant saatı” başlayırdı.

“Atam qəsdən yatmırdı. Valideynlərimizin vanna otağında işıq saat 10:05-də yanırdısa, biz isə hələ yerimizə girməmişdiksə, böyük problemlərimiz olduğunu anlayırdıq”, – deyə Sikstina zarafatla deyib.

Qızların sözlərinə görə, atası onların sevgililərini o qədər qorxudurdu ki, görüş zamanı bəzən hətta dosyelərini gətirirdilər.

“Bir oğlan var idi, mənimlə görüşə dosyesini gətirmişdi. Biri isə içində fotoşəkillərini və ətraflı tərcümeyi-halını daxil etdiyi CV hazırlamışdı”, – deyə Sikstina əlavə edib.

Aktyorun qızları atalarının populyarlığının şəxsi həyatlarına mənfi təsir edə biləcəyindən narahatlıqlarını bildiriblər. Onların sözlərinə görə, bəzi gənclər yalnız Stallonenin özü ilə daha yaxından tanış olmaq üçün görüşə gəlirdilər, bəziləri isə adını eşidən kimi qaçırdılar.

Mənbə: Championat.com

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir