“Telegram” mesencerinin yenilənmiş versiyası istifadəçilərə əlavə biznes imkanları olan bölmə təklif edir.
Belə ki, tətbiqin premium abunəçiləri yeni müştəriləri üçün parametrlərə salamlama mesajları əlavə edə, həmçinin media faylları və formatlaşdırma ilə əvvəlcədən hazırlanmış blankları sürətli cavablar şəklində göndərə bilərlər.
Bundan əlavə, sahib olduğu şirkətin iş qrafiki və ofis ünvanını göstərmək, habelə avtomatik olaraq “işdə yoxdur” statusunun göndərilməsini quraşdırmaq mümkün olub.
Həmçinin “Stories”də mal və ya xidmətlər olan foto-videoları dərc etmək, adın yanında biznes statusu (emoji) təyin etmək və çatlar üçün çoxrəngli teqlər quraşdırmaq mümkün olub.
O da qeyd olunur ki, zaman keçdikcə funksiyaların siyahısı genişləndiriləcək. Yeni funksiyalar müvəqqəti olaraq “Premium” abunəliyinə daxildir.
Bundan əvvəl “Telegram”ın bəzi istifadəçilərə ödəniş edəcəyi barədə xəbər vermişdik.
www.RIA24.az