65 yaşlı müğənni Madonna dünya turu çərçivəsində konsertlərini verməkdə davam edir. Ancaq onun Los-Ancelesdəki konserti mahnıları ilə yox, ifaçının kobud davranışı ilə yadda qalıb.
Belə ki, müğənni konsert zamanı zalda fanatlarından birinin başqaları kimi ayaq üstə dayanmadığını görərək ona yaxınlaşıb və “Orada oturub nə edirsən? Niyə oturursan?”, – deyə soruşub.
Ancaq ifaçı səhnənin kənarına yaxınlaşanda pərəstişkarının əlil arabasında əyləşdiyini görüb.
Bundan pərt olan ifaçı dərhal üzr istəyib və “Oh.., tamam. Buna görə üzr istəyirəm. Burada olmağınıza şadam”, – deyib.
Həmin anın görüntüləri sosial şəbəkələrdə sürətlə yayılıb və təkcə “TikTok”da 2,4 milyon dəfə izlənilib. Madonnanın üzrxahlığına baxmayaraq, ifaçı mediada ciddi tənqid atəşinə tutulub.
Mənbə: ntv.com.tr
www.RIA24.az