Hansı səhvlər avtomobilin sükanının qırılmasına səbəb olar? – Mütəxəssisdən AÇIQLAMA

Maraqlı




Avtomobilin ön hissəsində kənar səslər və sükan çarxının çətin fırlanması sükan mexanizminin tezliklə sıradan çıxacağını göstərə bilər.

Bu barədə rusiyalı avtomobil mütəxəssisi Pavel Konstantinov məlumat verib.

Onun sözlərinə görə, çox vaxt nasazlıqlara yolsuzluq ərazidə avtomobili diqqətsiz və ehtiyatsız sürmək səbəb olur.

Mütəxəssis bildirib ki, xidmət müddətini uzatmaq və avtomobilin sükan mexanizmində müəyyən nasazlıqların qarşısını almaq üçün avtoservis şəraitində mütəxəssislər tərəfindən əsas komponentlər yoxlanılmalıdır, bu, bəzi problemləri erkən mərhələdə müəyyən etməyə imkan verir.

“Bundan əlavə, mexanizmin lazımi səviyyədə işləməsini təmin etmək üçün istismar mayelərinin səviyyəsini vaxtlı-vaxtında yoxlamalı və onları yeniləri ilə əvəz etməlisiniz. Bütün bunlar gələcəkdə nasazlıqların və bahalı təmirin qarşısını almağa kömək edər”, – deyə ekspert sözlərini yekunlaşdırıb.

Mənbə: Gazeta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir