ABŞ-nin eks-prezidenti Donald Tramp Günəş tutulması ilə bağlı maraqlı və eyni zamanda qəribə paylaşım edib.
Tramp özünün “Truth Social” sosial şəbəkəsində Şimali Amerika əhalisinin aprelin 8-də şahidi olduqları tam Günəş tutulmasına həsr olunmuş seçkiqabağı kampaniyasının videosunu yerləşdirib.
Videoda “Bəşəriyyət tarixinin ən mühüm məqamı 2024-cü ildə baş verəcək” sözləri altında Donald Trampın başı Günəşi önünü qapadır və “2001-ci il: Kosmik Odisseya” filmindəki musiqinin müşayiəti ilə dünyanı tam qaranlığa qərq edir.
Bundan sonra növbəti ifadə ortaya çıxır: “Biz Amerikanı xilas edəcəyik. Və yenidən möhtəşəm edəcəyik”.
Yayımlanan video sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub.
Mənbə: “NEWS.ru” “Telegram”
www.RIA24.az