Əsas personajı Con Snounun olacağı güman edilən “Taxt-tac oyunları”nın (“Game of Thrones” /2011–2019) spin-off seriyası ləğv edilib.
Bu barədə qəhrəmanı canlandıran aktyor Kit Harinqton müsahibəsində bildirib.
Onun sözlərinə görə, süjet üçün hər kəsi həyəcanlandıracaq uyğun hekayə tapmaq mümkün olmadığı üçün hazırda çəkiliş planları yoxdur.
“Ona görə də onun icrasını hələlik bir kənara qoymaq qərarına gəldik. Ola bilsin ki, gələcəkdə biz buna qayıdacağıq, amma hazırda yox”, – deyə o bildirib.
Qeyd edək ki, 2022-ci ildə ABŞ-nin HBO studiyasının “Taxt-tac oyunları”nın növbəti spin-offunu hazırlamağa başladığı barədə xəbər yayılmışdı.
Mənbə: Screen Rant
www.RIA24.az