Süni intellekt indi nəinki insanlar üçün mürəkkəb problemləri həll edir, hətta idmançılar üçün ayaqqabı da yaradır.
Parisdə Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində konseptual idman ayaqqabıları ictimaiyyətə təqdim olunub.
Neyroşəbəkənin yaratdığı ayaqqabılar “Air” (Hava) adlanır və idman oynayarkən basketbol meydançası və ya qaçış yolu üzərində sözün əsl mənasında “uçmağa” imkan verəcək.
Yaratmağa başlamazdan əvvəl süni intellekt məşhur idmançıların idman ayaqqabılarını necə daha rahat etmək barədə istəklərini öyrənib. Generasiyanın nəticəsi təkcə futuristik dizayn deyil, həm də idman funksionallığı olub.
Mənbə: iz.ru
www.RIA24.az