“Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin rəsmi “YouTube” kanalında Azərbaycanın müsabiqə üçün hazırladığı “Özünlə apar” mahnısının yeni versiyası (“oktava version”) təqdim olunub.
“Oktava version”da mahnının musiqi və vokal əhvali-ruhiyyəsi qorunub saxlanılsa da, trek fərqli səslənir.
Qeyd edək ki, Azərbaycanın “Avroviziya” treki müasir estrada musiqisi ilə ənənəvi etnik motivlərin sintezini özündə birləşdirir. Fahree (Fəxri İsmayılov) tərəfindən yazılmış “Özünlə apar” mahnısı Azərbaycan və ingilis dillərində səslənir, muğam hissəsi isə İlkin Dövlətov tərəfindən ifa olunur.
Onu da vurğulayaq ki, Azərbaycanın müsabiqə üçün təqdim etdiyi trek üzərində Mado Salih, Edqar Ravin, Həsən Heydər və Mila Maylz çalışıblar.
www.RIA24.az