İslandiyada vulkan püskürməsi fonunda qütb parıltısının görüntüləri qeydə alınıb.
Video Qrindavik şəhərindən yeddi kilometr aralıda çəkilib. Tüstü sütunu, şəfəq və isti lavanın eyni zamanda əks olunduğu möhtəşəm kadrlar görənləri heyran qoyub.
Qeyd edək ki, vulkan üç il əvvəl püskürməyə başlayana qədər yatmış hesab olunurdu. İndi isə artıq aylardır ki, region sakinlərinə dinclik vermir.
Mənbə: “Svejesti” “Telegram” kanalı
www.RIA24.az