ABŞ-nin Nebraska, Ayova və Texas ştatlarında tornadolar tüğyan edir. Yerli media ən azı üç zərərçəkən barədə məlumat verib.
Tornadolar ölkənin mərkəzi hissəsində yağıntıların artması səbəbindən baş verib.
Yerli hökumət təhlükənin bu gün pik həddə çatacağı barədə xəbərdarlıq edib. Məlumata görə, təbii fəlakət zamanı güclü küləklə yanaşı, “beysbol topu böyüklüyündə” dolu da gözlənilir.
www.RIA24.az