Qanalı Abubakar Tahiru bir saat ərzində 1123 ağacı qucaqlamaqla rekord qırıb. O bu fəaliyyətini Taskigi Milli Meşəsində həyata keçirib.
Rekordun 29 yaşlı müəllifinin sözlərinə görə o, fermada böyüyüb və vəhşi təbiətin mühafizəsi məsələləri ilə elə yeniyetməlik dövründən maraqlanıb. Hazırda afrikalı gənc meşə təsərrüfatı üzrə magistr dərəcəsi alır.
İndi də o, “Ginnesin Rekordlar Kitabı”na düşərək adını tarixə yazdırmaq istəyib.
A.Tahiru bir saat ərzində mümkün qədər çox ağacı qucaqlamağa çalışıb. Qaydalara görə, gənc müxtəlif ağacları qucaqlamalı idi, ona görə də ağaclar arasında qaçmalı olurdu, bu isə onun sözlərinə görə, çox enerji alırdı.
Qanalı əlavə edib ki, rekordu ilə ictimaiyyətin diqqətini ekoloji problemlərə cəlb etmək istəyib.
Mənbə: Gazeta.ru
www.RIA24.az