Maykl Ceksonun corabı hərracda 6200 avroya satılıb

Maraqlı

Bakı. Trend:

Maykl Ceksonun 1997-ci ildə Nitsadakı konsert zamanı geyindiyi
kristallarla bəzədilmiş corab çərşənbə günü Fransada keçirilən
hərracda 6200 avroya satılıb. Təşkilatçılar tərəfindən “ikonik
əşya” kimi təsvir edilən corab musiqi xatirə əşyaları satışının bir
hissəsi idi.

Trend xarici
mətbuata istinadən xəbər verir ki, cənub Nim şəhərində keçirilən
konsertdən sonra Ceksonun soyunub-geyinmə otağının yaxınlığında
atılmış corabı texniki işçilərdən biri tərəfindən tapılıb.

Pop musiqisinin kralı 1997-ci ildə “HIStory World Tour” dünya
turnesi zamanı strazlarla bəzədilmiş ağ idman corablar
geyinirdi.




Ceksonun “Billie Jean” hitini ifa etdiyi videolarda onları
geyindiyini görmək olar.

Onilliklər sonra qar kimi ağ geyim predmeti ləkələnib, onu
bəzəyən strazlar isə saralıb.

İlkin olaraq iyun ayında satışa çıxarılan bu əşyaya alıcı
tapılmadı. Start qiyməti 2500 avro olan predmetin ilkin dəyəri 3-4
min avro olaraq qiymətləndirilirdi.

Spread the love