Azərbaycanlı gəncdən möhtəşəm ixtira

Maraqlı

Bakı Dövlət Universitetinin doktorantı Məmmədhüseyn Fərzəliyev maraqlı bir qurğu ixtira edib. Belə ki, hər birimiz evə girəndə işığı, televizoru və s məişət texnikalarını əlimizlə yandırıb və söndürürük. Məmmədhüseyn Fərzəliyevin  ixtira etdiyi bu qurğu sayəsində isə bütün bunları yalnız səslə idarə etmək mümkündü. Məsələn siz evə girərkən əlinizi atıb işığı yandırmağa ehtiyac yoxdur, adi  “işıqı yandır” sözünü deməklə otaqda işıqlar yanır və yaxud da “televizoru yandır” sözünü deməklə televizor razetkaya taxılır və sizə ancaq pultu götürüb kanalları dəyişmək qalır. Həmçinin siz “işıqı söndür”  sözünü deməklə otaqda işıqlar sönəcək və eyni bu komandanı da digər texniki qurğulara verə bilərsiniz. Qurğu həm Azərbaycan həm də rus dilində sözləri başa düşür.

Qurğunun uzunluğu 23 santimetr, eni 9 santimetr hündürlüyü isə 4 santimetr təşkil edir. Qurğunu həm komyuterə qoşub kompyuter vasitəsi ilə idarə etmək də olar, həm də portativ versiyada da (yanı komyuterə qoşulmadan) istifadə etmək də olar.Bu qurğu ilə 18 komanda vermək mümkündü( işığı yandırıb söndürmək ikisi  bir yerdə bir komanda sayılır) ancaq bu komandaların sayını 36-ya qədər artırmaq olar. Bu qurğunun üstün cəhətlərindən biri də odur ki internetə qoşulmasına ehtiyac yoxdu və tamami ilə avtonom işləyir. Bu qurğu vasitəsi ilə nəinki evdə olan texnikanı səslə idarə etmək olar, həmçinin təhlükəsizlik sistemlərində və istənilən növ texnikanın səs ilə idarə olunmasında istifadə etmək mümkündü.
“ Qarşıdakı həftələrdə bizim bir neçə dənə də ixtiramız olacaqdı. Onların hamısından xəbər tutmaq istəyən adamlar həmçinin bizim təzə yaratdığımız yenitexnolqiyalar adında instaqram səhifəsindən də izləyə bilərlər.” deyərək Azərbaycanlı alim Məmmədhüseyn Fərzəliyev vurğulayıb.
Qeyd edək ki, Məmmədhüseyn Fərzəliyev 2011-ci ilin iyun ayında Bakı Dövlət Universitetin Mexanika-riyaziyyat fakültəsinin bakalavr pilləsini bitirmişdi. 2015-ci ilin iyun ayında həmin universitetet və fakültənin maqistratura pilləsini bitirmişdi.2015-ci ilin dekabr ayından isə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin doktorantura pilləsində təhsil alır.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir