Ananın uşağı yatızdırmağından “istifadə edən” qağayı onun dondurmasını oğurladı – FOTO

Maraqlı

BBC-nin aparıcılarından Aleks Hamfris təsadüfən şahidi olduğu qəribə hadisənin görüntülərini paylaşıb. Hadisə o əmisi qızı Luiza və onun övladı ilə gəzintidə olarkən baş verib. Belə ki, uşağını yatızdıran qohumu vaxtdan səmərəli istifadə edərək dondurma yemək istəyib. Ancaq, bu ona qismət olmayıb. Belə ki, sahildə uçuşan qağayılardan biri şığıyaraq onun dondurmasını “oğurlayıb”.

Bu anları qeydə almağı bacaran Hamfris “Llandidnoda niyə dondurma yeməməli olduğumuzu acı təcrübə ilə öyrəndik” şərhi sosial şəbəkə hesabından paylaşıb.

Kadrlar istifadəçilər tərəfindən böyük maraqla qarşılanıb. Bəziləri isə bu cür hadisələrin onların da başlarına gəldiyini yazıblar.

“Sahildə balıq burgerlə gəzməyə peşmansan. Dərhal qağayılar peyda olur. Həqiqətən qorxulu anlardır, çünki dimdikləri iti olur və səni yaralaya bilərlər”, – deyə istifadəçilərdən biri yaşadıqlarını bölüşüb.

Mənbə: Daily Mail

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir