Alimlərdən qalaktikamızın mərkəzindəki qara dəliklə bağlı AÇIQLAMA – YENİLƏNİB + FOTO/VİDEO

Maraqlı

Alimlər qalaktikamızın mərkəzində yerləşən və Günəşdən 100 min dəfə ağır olan “Sagittarius A*” (“Ulduz işarəsi olan Oxatan A* da adlandırılır) qara dəliyi ilə bağlı vacib açıqlama ilə çıxış ediblər.

Milli Elm Fondunun təşkil etdiyi təqdimatdan videonu təqdim edirik:

Millimetrlik və radio rəsədxanaları qlobal şəbəkəsi (Event Horizon Telescope, EHT) tarixdə ilk dəfə olaraq bizim Süd Yolu qalaktikamızın mərkəzindəki supernəhəng qara dəliyin kölgəsinin şəklini əldə edib.

Adıçəkilən qara dəlik Günəşdən 27 min işıq ili məsafədə yerləşir və “Sagittarius A*” (Oxatan A*) radiomənbəsi ilə əlaqəlidir.

14:54

2019-cu ildə qara dəliyin ilk şəklini çəkən elm adamları bir neçə saat sonra mühüm açıqlama ilə çıxış edəcəklər. Yeni kəşfin nə olduğu açıqlanmır, ancaq elm tarixinə damğa vuracağı deyilib.

Qeyd edək ki, alimlər üç il öncəki uğurlarından sonra Süd Yolu kəhkəşanının mərkəzindəki superağır qara dəliyin videogörüntüsünü əldə etmək üzərində işə başlayıblar. Bu səbəbdən ekspertlər ehtimal edirlər ki, alimlər qalaktikamızın mərkəzində yerləşən və Günəşdən 100 min dəfə ağır olan “Sagittarius A*” (“Ulduz işarəsi olan Oxatan A” da adlandırılır) qara dəliyinin ilk hərəkətli görüntüsünü təqdim edəcəklər.

Qeyd edək ki, “Sagittarius A*” heç bir zaman təfərrüatlı çəkilməyib. Ən yaxşı halda NASA-nın Yer ətrafında dövr edən “Chandra” teleskopu qara dəlik ətrafında yayılan rentgen şüalarını qeydə alıb.

Video isə hərəkətsiz kadrla mümkün olmayanı – qara dəliyin materiyanı necə udduğunu göstərə bilər. Bu səbəbdən videogörüntünün elm tarixində inqilab olacağı düşünülür.

Mənbə: Insider

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir