İmtahanlara görə həyəcanlanan yeniyetmə tamamilə keçəlləşdi – FOTO

Maraqlı

Britaniyanın Birmingem şəhərindən olan Sem Teylor məktəb imtahanlarına görə keçirdiyi həyəcan səbəbindən 15 yaşında tamamilə keçəl olub.

Bildirilir ki, yeniyetmə bir neçə ay ərzində başında, üzündə və bədənindəki bütün tükləri itirib. Dermatoloqun təyin etdiyi müalicə kursu da kömək etmir.

Teylorun sözlərinə görə, məktəbdə onun üçün çətin olub: hamı ona diqqət yetirib və xərçəng olub-olmadığını soruşub.

Yalnız universitetə ​​daxil olduqdan sonra özünə dostlar qazana bilib – onlar gəncin xarici görünüşünə əhəmiyyət verməyiblər.

Hazırda 19 yaşında olan gənc vəziyyəti ilə barışıb və hətta anası kimi qaşlarını permanent makiyaj etməyə başlayıb.

Mənbə: Lenta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir