Səhvən hesabına köçürülən 360 min dolları onlayn kazinoda xərclədi

Maraqlı

Yaponiyada qəribə hadisə baş verib. Belə ki, 24 yaşlı gənc bələdiyyənin səhvən onun hesabına köçürdüyü 46,3 milyon yen (demək olar ki, 360 min dollar və ya 611 min manat) pulu bir neçə gün ərzində qumara xərcləyib.

Hadisə Honsyu adasının cənub-qərbində yerləşən Abu şəhərində baş verib. Bələdiyyə məmuru COVID-19 epidemiyası zamanı aşağı gəlirli yerli sakinlərə yardım qismində nağd müavinət verməli imiş. Ancaq o, bunun üçün ayrılmış bütün məbləği səhvən adı siyahıda birinci olan işsiz Syo Taqutinin hesabına göndərib. Gənc isə pulun anlaşılmazlıq ucbatından gəldiyini bilsə də, dərhal xarici onlayn kazinolarda qumar oyunlarına qoşulub. Lakin tezliklə bütün məbləği uduzub.

Gənc günahını etiraf edib, lakin pula görə şirnikləndiyini və böyük qələbəyə ümid edərək oynadığını deyib. O, pulu tədricən qaytaracağına söz verib.

Polis gənci dələduzluqda şübhəli bilərək həbs edib, bələdiyyə isə itirilən məbləğin qaytarılması üçün məhkəməyə müraciət edib.

Şəhər büdcəsindən ciddi məbləğ itirən məmurun da məsuliyyətə cəlb ediləcəyi gözlənilir.

Mənbə: TASS

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir