Kişi ağlayan qızını qəribə üsulla sakitləşdirdi – VİDEO

Maraqlı

Sosial şəbəkələrdə qızını qəribə üsulla sakitləşdirən kişinin görüntüləri yayılıb. Kadrlar istifadəçilər tərəfindən birmıənalı qarşılanmayıb.

Videoda atanın ağlayan uşağın ağzına qaymaq püskürtdüyü görünür. Bundan sonra uşaq çaşqın halda üzünü çevirir.

“İsteriyanı necə dayandırmaq olar” şərhi ilə paylaşılan görüntülər qızğın müzakirələrə səbəb olub.

 İstifadəçilərin əksəriyyəti kişini sərt tənqid edib.

“Düşünürəm ki, burada “isterik vəziyyəti necə gücləndirmək olar” başlığı burada daha uyğun olardı”, – deyə istifadəçilərdən biri yazıb.

“Doğrudur. Bu üsul problemi yalnız qısa müddətə aradan qaldırmağa kömək edəcək, sonra daha da pisləşəcək. Qarşıdakı illərdə onun çoxlu qaymağa ehtiyacı olacaq”, – deyə başqa bir istifadəçi razılaşıb.

Digər şərhçi isə uşağa hər dəfə ağlayanda qaymaq verilərsə, onda şəkər xəstəliyinin yarana biləcəyi barədə xəbərdarlıq edib.

 

Mənbə: Lenta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir