Rusiyanın Primorsk diyarında sərxoş sürücünün polis tərəfindən silahlı təqibinin görüntüləri paylaşılıb.
Məlumata görə, hüquq mühafizəçilər təhlükəli manevrlərlə hərəkət edən sürücüdən avtomobilini saxlamağı tələb edib, lakin o, bu tələbə məhəl qoymayıb. Bundan sonra yol polisi təqibə başlayıb.
Bununla bağlı yayılan kadrlarda sürücünün xəbərdarlıqlara baxmayaraq təqibdən yayınmaq cəhdləri əks olunub. Sonda polis sedanın təkərlərinə atəş açmalı olub. Yalnız bundan sonra sürücü maşını saxlayıb və qaçmağa çalışıb. Lakin buna nail ola bilməyib.
Polisin məlumatına görə, sürücülük vəsiqəsi olmayan 19 yaşlı gəncin sərxoş olduğu ortaya çıxıb. Onun barəsində çoxsaylı yol hərəkəti qaydalarını pozduğuna görə bir sıra inzibati materiallar tərtib edilib. Məhkəmə gəncə 25 sutka inzibati həbs təyin edib. Bundan başqa o, yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən inzibati cərimələri və patrul avtomobilləri ilə toqquşma nəticəsində dəymiş maddi ziyanı ödəməlidir.
Mənbə: RİA Novosti
www.RIA24.az