Rusiyadakı kosmetoloji klinikalar botoks çatışmazlığından narahat olmağa başlayıb.
Belə ki, qırışların korreksiyası üçün zəruri olan botulinum toksinlərinin yanvar-mart aylarında Rusiyaya idxalı il ərzində 3 dəfə azalaraq 74,5 min paketə düşüb.
ABŞ-dan olan dərman istehsalçısı hələ mart ayında ölkəyə idxalı dayandırmışdı, Fransa və Almaniyadan preparat tədarükü azalıb. Ukraynada xüsusi əməliyyat başlamazdan əvvəl alınan ehtiyatlar isə erkən yazda botulinum terapiyasına artan tələbatla əlaqədar bitmək üzrədir.
Kosmetoloqlar vəsaitlərin Rusiyada hazırlanan analoqlarından istifadə etməyə hazır olmadıqlarını bildirirlər. Bu səbəbdən botoksun tükənməsi artıq klinikalarda həyəcan yaradıb.
Mənbə: Kommersant
www.RIA24.az