Buxağını kiçiltmək istədi, üzü dörd dəfə böyüdü – FOTO/VİDEO

Maraqlı

Britaniyalı bloqer Emma Rouz Devis gözəlləşmək istəyərkən tam əks nəticə ilə üzləşib. Belə ki, o, çənə nahiyəsində piylənməni azaltmaq üçün mütəxəssisə müraciət edib. Ancaq orqanizm buna reaksiya verib və onun üzü şişərərk demək olar ki, dörd dəfə böyüyüb.

Bloqer məşhur kosmetoloji prosedurun acı nəticəsi ilə bağlı görüntünü paylaşıb. Kadrlarda Devisin korreksiyadan əvvəlki və sonrası görünüşü arasındakı fərq aydın görünür.

“Mən ödem olacağını gözləyirdim, amma bu qədər güclü olduğunu bilmirdim”, – deyə o, bildirib.

Kadrlar sosial şəbəkədə böyük rezonans doğurub. İstifadəçilər də öz növbəsində bununla bağlı təcrübələrini paylaşıblar. Onlardan bəziləri bu cür inyeksiyalardan sonra sağalma dövrünün uzunluğuna işarə edib.

“İlahi, eyni şey mənim başıma gəldi”, “Eyni proseduru etdim və bir il qurbağanın görünüşü ilə qaldım. Bütün bu müddət ərzində evdən nadir hallarda çıxdım. Sonda üzüm normallaşdı, amma ruhi vəzyyətim pisləşdi”, “Ümid edirəm ki, inyeksiyadan sonra hansı qaydalara riayət etmək lazım olduğu deyilib”, – deyə onlar bildiriblər.

Mənbə: The Sun

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir