İyun ayında Merkuri, Venera, Mars, Yupiter və Saturn bir sıraya düzüləcək. Astronomik hadisə zamanı beş planet sağdan-sola Günəş sistemində yerləşdikləri ardıcıllıqla görünəcək. Bunu hətta adi gözlə müşahidə etmək mümkün olacaq.
“Planetlərin paradı” adlanan hadisəni xüsusən iyunun 3 və 4-də sübhdən yarım saat əvvəl müşahidə etmək tövsiyə olunur – bu dövrdə Merkuri ilə Saturn arasındakı məsafə minimal olacaq.
İyunun 24-də isə Venera ilə Mars arasında Ay müşahidə olunacaq.
Astronomların sözlərinə görə, bəzi dövrlərdə hətta Uran və Neptunu da görmək mümkün olacaq, lakin bunun üçün teleskop və ya durbin lazım olacaq – Günəşdən ən uzaq məsafədə olan planetlər adi gözlə görünmür.
Qeyd edək ki, planetlərin belə düzülüşü 2004-cü ildən bəri ilk dəfə müşahidə olunacaq.
Mənbə: Daily Mail
www.RIA24.az