Kanadanın Britaniya Kolumbiyası əyalətinin Şoniqan Leyk kəndindən olan musiqi müəllimi məktəbə doğru gələn ayını görüb və trombon çalaraq onu qorxutmağı bacarıb.
Sent Cons məktəbinin musiqi müəllimi Tristan Klausen vəhşi heyvana məktəb yaxınlığındakı zibil qutularının yanında rast gəlib.
“O, mənə çox diqqətlə qulaq asdı və nə edəcəyini düşündü. Sonda qərara gəldi ki, ehtiyat cəsarətdən üstündür”, – deyə müəllim bildirib.
Mənbə: lenta.ru
www.RIA24.az