Misirdə buldoqlara bənzəyən üz quruluşu olan abelizavridlər ailəsindən yeni yırtıcı dinozavr növünün qalıqları tapılıb. Bu dinozavr növünün digər xüsusiyyəti kiçik dişləri və çox kiçik yuxarı ətraflarıdır. Paleontoloqların fikrincə, yırtıcı 6 metr uzunluğunda olub və üçbarmaqlı iki ayaqları üzərində hərəkət edib.
Tapılan qalıqların təxminən 98 milyon il əvvəl yaşamış dinozavrlara aid olduğu da qeyd edilir.
Bu dinozavrlar Təbaşir dövründə (Dünyada dinozavrların hökmranlığının sonu) Qondvana ərazisində yaşayıblar.
Mənbə: Daily Mail
www.RIA24.az