Narkotik bitkisindən ət hazırlandı…-TOYUQ ƏTİNƏ OXŞAYIR…

Maraqlı

Onu qızartmaq, qaynatmaq və başqa şəkildə bişirmək mümkündür…

Yeni Zelandiya şirkəti dünyada əsasən “marixuana” kimi tanınan çətənə əsaslı ət istehsalına başlayacaq. 
Bu barədə alternativ zülalların istehsalçı olan  “Sustainable Foods” şirkəti  açıqlama yayıb. 
Bitki ətinin heyvan ətindən daha çox protein(zülal) ehtiva edəcəyi qeyd olunur.
“Məhsullarımızın əksəriyyəti onsuz da qida dəyərinə görə çətənə ehtiva edir, lakin ətin yeni analoqunda bu, əsas tərkib hissəsi olacaq”- deyə “Sustainable Foods”-un həmtəsisçisi Kiran Rey yazır.
Çətənə əti toyuq ətinə bənzəyir. Onu qızartmaq, qaynatmaq və başqa  şəkildə bişirmək  mümkündür. 
Bitki ətinin qiyməti hələ məlum deyil. Bununla belə şirkət qiymətlərin istehlakçılar üçün əlverişli olacağınlı açıqlayıb.
“Sağlamlıq, ekoloji təmizlik və yaxşı dad əlçatan olmalıdır … İnsanlar belə məhsulları ala bilməlidir” – narkotik tərkibli bitkidən ət düzəldən şirkət nümayəndəsi belə deyib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir