İlon Mask dostunun arvadı ilə eşq yaşaması xəbərindən DANIŞDI – FOTO

Maraqlı

Amerikalı biznesmen İlon Mask “Google”un həmtəsisçisi Sergey Brinin həyat yoldaşı ilə münasibətdə olması ilə bağlı “The Wall Street Journal”ın materialını təkzib edib.

“Serqey və mən dostuq, biz dünən gecə birlikdə məclisdə idik”, – deyə Mask bildirib.

Xatırladaq ki, bir gün əvvəl S.Brinin arvadı Nikol Şanahandan boşanmaq üçün bu ilin yanvarında məhkəməyə müraciət etdiyi barədə xəbərlər yayıldı. Mediada ayrılıq qərarına səbəb kimi Şanahanın Maskla qısa müddətli eşq macərası göstərilib. Bildirilir ki, bu münasibət 2021-ci ilin payızında baş verib və milyarderlər arasında uzunmüddətli dostluğa son qoyub.

S.Brin “ClearAccessIP” patent şirkətinin baş direktoru Şanahanla 2019-cu ilin oktyabrında evlənib.  Buna qədər isə – 2018-ci ildə onların bir qızı dünyaya gəlib. Bu uşaq sahibkarın üçüncü övladı olub. Onun amerikalı iş qadını Ann Vojcitski ilə ilk evliliyindən bir oğlu və bir qızı var.

Mənbə: İzvestiya

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir