Hacıqabuldan Sumqayıta hərbi yük aparan “An-8” tipli təyyarə normal hava şəraitində havaya qalxır. Həmin gün Abşeron yarımadasında hava soyuq olsa da, günəşli idi. Ekipaj ən geci yarım saata Nasosnıya (indiki Tağıyev qəsəbəsi) enməyi planlaşdırırdı.
Lent.az Sumqayıtda 46 il əvvəl baş verən aviaqəzanın təfərrüatını təqdim edib.
Heyət düşünürdü ki, həftəsonu olduğundan həm də hava soyuq olduğu üçün yaxşı yeyib-içmək lazımdır. Lakin harada? Bakı, yoxsa Sumqayıt?
Şəhəri seçmək barədə qərara gələ bilməyən zabitlərə təyyarədəki praporşik (gizir) ideya verir: Aerodroma bizdən sonra qırıcı ensə, Bakı, yük təyyarəsi ensə, Sumqayıt. Təklif mübahisəsiz qəbul olunur, lakin…
Təxminən 10 dəqiqə sonra normal kreyser uçuşu vaxtı təyyarənin sağ qanadı qopur və maşın dövrə vuraraq burnu üstə dağa çırpılır. Yeddi ekipaj üzvü həlak olur. Komissiya qanadın qırılmasının səbəbini aşkar edə bilmir.
Xızı dağlarında həyatla vidalaşan hərbi pilotlardan dördü Moskva vilayətinin Klin şəhərində dəfn olunur.
Yeyib-içmək məsələsi müəllifin təxəyyülünün məhsulu olmayıb, rəsmi sənədlər əsasında hazırlanıb. Sovet arxivlərindəki sənədlərdə göstərilir ki, Hacıqabulda xidmət edən pilotlar Bakı və Sumqayıta gedərkən ilk işləri yeyib-içmək olub. Bu da şahid ifadələrində öz təsdiqini tapıb.
www.RIA24.az