Amerikalı rejissor Darren Aronofskinin çəkdiyi “Balina” (“The Whale”) filmindən ilk kadrın nümayişi Brendan Freyzer pərəstişkarlarını heyrətə gətirib. Belə ki, “Cəngəllikdən Çıxmış Corc” (“George of the Jungle”), “Mumiya” (“The Mummy”) kimi filmlərindəki rolları ilə tanınan və bir zamanların seks-simvolu hesab edilən aktyor həddindən artıq kökəlmiş vəziyyətdə (270 kq) tamaşaçıların qarşısına çıxıb.
Freyzer filmdə piylənmədən əziyyət çəkən ortayaşlı Çarlini canlandırır. Sevgi macərası səbəbindən ailəsini tərk edən Çarli yeniyetmə qızı ilə münasibətləri düzəltmək üçün ümidsizcəsinə səy göstərir, günahkarlıq hissini basdırmaq üçün isə o, həddən artıq yeməyə başlayır.
Yeri gəlmişkən, Brendan bir il əvvəl də Nyu-Yorkda Tribeka Film Festivalının qırmızı xalısında görünüşü ilə pərəstişkarlarını şoka salmışdı.
Mənbə: LIFE
www.102info.az