Pakistanın Kəraçi şəhərinin sakinləri leysan yağışlardan sonra şəhərin küçələrində balıq tuturlar. Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.
Qeyd edək ki, artıq bir aydır bölgədə güclü musson yağışları səngimir. Nəticədə sel suları səkkiz bəndi dağıdıb, ölkədə içməli su qıtlığı yaranıb. Son məlumatlara görə təbii fəlakət nəticəsində 300-dən çox insan həlak olub.
Daşqının nəticələrini aradan qaldırmaq üçün Pakistan donanmasının qüvvələri cəlb olunub.
Mənbə: Times of Karachi
www.102info.az